Bank Of Baku

Böyük Britaniyanın “Eurovision” təmsilçisi Bakı səhnəsində “Grammy” laureatının mahnısını ifa edəcək

Böyük Britaniyanın “Eurovision” təmsilçisi Bakı səhnəsində “Grammy” laureatının mahnısını ifa edəcək
# 09 mart 2012 12:42 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Böyük Britaniyanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edəcək Engelbert Hamperdink Bakı səhnəsində “Grammy” mükafatı laureatı Martin Terefe, Marin və İvor Novelo tərəfindən yazılan mahnını oxuyacaq. APA-nın məlumatına görə, Şərqi Avropada xeyli populyar olan Engelbert Hamperdink ümid edir ki, “Eurovision”da da uğur qazanacaq. 45 il səhnədə çıxış edən ifaçının 150 milyondan çox disk və plastinkaları işıq üzü görüb.

Qeyd edək ki, Böyük Britaniya “böyük beşlik” ölkələrindən biri olduğuna görə ölkə təmsilçisi mayın 26-da keçiriləcək finalda səhnəyə çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR