Rafət El Roman: “İnşallah bu il birinciliyi Türkiyə qazanar və biz də səhnədə Azərbaycanla Türkiyə bayraqlarını bərabər dalğalandırarıq”
10 mart 2012 09:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Türkiyənin tanınmış müğənnisi Rafət El Roman Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı düşüncələrini bölüşüb. APA-nın məlumatına görə, müğənni “eurovision.az” saytına açıqlamasında Bakının bu nüfuzlu müsabiqəyə çox ciddi hazırlaşdığının şahidi olduğunu deyib: “Yarışmanın keçiriləcəyi arenanın ətrafında gəzdik. Qısa müddət ərzində görülən işlər məni təəccübləndirdi. Bakı kiçik, amma dünyada sürətlə böyüyən şəhərlərdəndir. İnsanlarının istiqanlılığı, səmimiyyəti ilə seçilir. May ayında minlərlə insanın bu şəhərdən zövq alacağına, unudulmaz xatirələr yaşayacaqlarına əminəm". Azərbaycanı ikinci vətəni adlandıran türkiyəli sənətçi, bu baxımdan çox şanslı olduğunu söyləyib.
Mayın 26-da konserti nəzərdə tutulduğu üçün Bakıya gələ bilməyəcəyini deyən Rafət El Roman həmin gün qəlbinin hər zamankı kimi Azərbaycanın yanında olacağını bildirib: “İnşallah bu il birinciliyi Türkiyə qazanar və biz də səhnədə Azərbaycanla Türkiyə bayraqlarını bərabər dalğalandırarıq”.

Mədəniyyət siyasəti
#TikTokdanÖyrən layihəsinin nəticələri yekunlaşıb, 20 min maarifləndirici video yaradılıb
16:15
22 may 2024
Mədəniyyət Nazirliyi Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb
16:12
22 may 2024
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub
13:27
22 may 2024
Adil Kərimli tacikistanlı həmkarı ilə görüşüb
18:12
21 may 2024