Bank Of Baku

Rusiyanın “Eurovision” təmsilçiləri olan nənələrin videosu internetdə 2 milyon dəfə izlənib – FOTO

Rusiyanın “Eurovision” təmsilçiləri olan nənələrin videosu internetdə 2 milyon dəfə izlənib – <font color=red>FOTO </font>
# 10 mart 2012 16:10 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda keçiriləcək «Eurovision -2012» mahnı müsabiqəsinin ən maraqlı iştirakçılarından olan Rusiya Federasiyasının “Buranovskiye babuşki” kollektivi tamaşaçıların qəlbini fəth etməkdə israrlıdır. “Party for Everybody” mahnısı ilə böyük “Eurovision” səhnəsinə üz tutan nənələrin martın 7-də “YouTube”da yerləşdirilən videosunu izləyənlərin sayı 2 milyona çatıb. APA-nın “eurovision.az” saytına istinadən yaydığı xəbərə görə, video “ən çox baxılanlar” siyahısında 5-ci yerdə qərarlaşıb. Lakin onların şöhrəti bununla bitmir.
Rusiyalı nənələr Çin, Böyük Britaniya, Rumıniya, Almaniya, Macarıstan, Albaniya, İtaliya, Türkiyə və digər ölkələrin mediasının diqqət mərkəzindədir. Natalya Puqaçova, Yekaterina Şklyayeva, Valentina Pyatçenko, Qalina Koneva, Qranya Baysarova və Olqa Tuktaryovadan ibarət kollektivin səhnə hekayəsi dildən-dilə gəzir. Maraqlıdır ki, ən gənci 43, ən yaşlısı isə 76 yaşında olan qrup üzvləri şöhrətə can atmadıqlarını bildirirlər. Onların yalnız bir arzusu var - qazandıqları pulla kəndlərindəki köhnə kilsəni təmir etdirmək.
Qeyd edək ki, “Buranovskiye babuşki” qrupu “Party for Everybody” mahnısı ilə mayın 22-də, birinci yarımfinalda çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR