Bank Of Baku

“Amnesty İnternaitonal”: Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsini boykota çağırmırıq

“Amnesty İnternaitonal”: Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsini boykota çağırmırıq
# 13 mart 2012 14:28 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu “Yeni Müsavat” qəzetinə göndərdiyi məktubunda təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Con Dalhuysen deyib.
Onun bildirdiyinə görə, “Amnesty İnternational” təşkilatı bu müsabiqənin xaricdən gələn qonaqların Azərbaycanı hərtərəfli tanımasına imkan yaradacağına inanır: “İnanırıq ki, “Eurovision” müsabiqəsinə maraq, Azərbaycanda baş verən və “Amnesty İnternational” daxil olmaqla, bir neçə təşkilatın uzun bir müddət vurğuladıqları insan haqları pozuntularını işiqlandıra bilər”.
C. Dalhuysen ifadə azadlığının təntənəli şəkildə qeyd edilməsinin “Eurovision” müsabiqəsinin təbii xüsusiyyəti olduğunu vurğulayaraq, 2011-ci ildə yaydığı hesabatında Azərbaycanda ifadə azadlığı ilə əlaqədar bir neçə narahatedici halları gündəmə gətirdiklərini xatırladıb. Onun fikrincə, “Eurovision” müsabiqəsi ifadə azadlığını təntənəli şəkildə qeyd edən tədbir kimi bu halları vurğulamaq üçün platforma ola bilər.
Qeyd edək ki, dünən “Yeni Müsavat” qəzeti “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatının Avropa ölkələrini mayda keçiriləcək “Eurovision” mahnı müsabiqəsini boykot etməyə çağırması barədə xəbər yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR