Bank Of Baku

“Eurovision-2012”də iştirak edəcək 42 ölkədən 41-i artıq təmsilçisini seçib

“Eurovision-2012”də iştirak edəcək 42 ölkədən 41-i artıq təmsilçisini seçib
# 13 mart 2012 15:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək 42 ölkədən 41-nin təmsilçisi artıq müəyyənləşib. APA-nın məlumatına görə, 57-ci «Eurovision» müsabiqəsinin iştirakçısı olan ölkələrdən yalnız San-Marino təmsilçisini hələ seçməyib. San-Marino Bakıya göndərəcəyi ifaçını martın 16-da müəyyənləşdirəcək. Ölkə təmsilçisi daxili seçim yolu ilə, yayımçı televiziya tərəfindən təyin olunacaq.

San-Marinodan başqa 3 iştirakçı ölkənin mahnısı da martın 19-a kimi təqdim olunacaq. Bu ölkələr Azərbaycan, Belçika və Böyük Britaniyadır.

Qeyd edək ki, bu ilin mayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək 57-ci «Eurovision» mahnı müsabiqəsində 42 ölkə təmsil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR