Bank Of Baku

Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçiriləcək - FOTO

Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçiriləcək - <font color=red>FOTO</font>
# 14 mart 2012 09:33 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Heydər Əliyev Sarayında xalq artisti Afaq Məlikovanın rəhbərliyi altında Azərbaycan Dövlət Rəqs Ansamblının “Odlar Yurdu” adlı konserti keçiriləcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 17-də baş tutacaq konsert iki hissədən ibarət olacaq. Həmin gün tamaşaçılar Dövlət Rəqs Ansamblının əməkdar kollektivinin ifasında yeni və çox maraqlı proqramda milli, müasir, şərq rəqsləri izləyəcəklər. Səhnədə 55-60 rəqqas çıxış edəcək. “Odlar Yurdu” adlı konsertin biletləri 10 - 30 manat arasında satışa çıxarılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblının konsertinin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR