Bank Of Baku

Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirak edəcək bütün ölkələrin təmsilçisi müəyyənləşib

Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirak edəcək bütün ölkələrin təmsilçisi müəyyənləşib
# 14 mart 2012 14:21 (UTC +04:00)
APA-nın məlumatına görə, iştirakçı ölkələr arasında olan San-Marino da bu gün təmsilçisini müəyyənləşdirib. Maraqlıdır ki, ilk dəfə olaraq ölkəni nə italyan, nə də başqa bir ölkənin ifaçısı təmsil etməyəcək. Ölkə adından Bakı səhnəsinə san-marinolu Valentina Monetta çıxacaq. Müğənni öz ölkəsində kifayət qədər populyardır.

San-Marino “Eurovision”da 2 dəfə iştirak edib, lakin heç bir ciddi uğura nail ola bilməyib. Valentinanın mahnısı martın 16-da bəlli olacaq. O, mayın 22-də keçiriləcək I yarımfinalda iştirak edərək finala çıxmaq uğrunda mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR