Bank Of Baku

Şuşa Dövlət Musiqili Dram Teatrı “Şuşam mənim” adlı aksiyalara start verib

Şuşa Dövlət Musiqili Dram Teatrı “Şuşam mənim” adlı aksiyalara start verib
# 02 may 2012 08:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Şuşa Dövlət Musiqili Dram Teatrı “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi ilə birlikdə Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar “Şuşam mənim” adlı aksiyalara start verib. Teatrın direktor müavini Azad Məmmədovun APA-ya verdiyi məlumata görə, aksiya ölkə prezidentinin “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında” sərəncamına uyğun keçirilir.

Mayın 1-də ilk aksiya Bakı Slavyan Universitetində təşkil olunub. Bu gün Bakının 53 saylı orta məktəbində, mayın 4-də Gədəbəydə, mayın 5-də Şəmkirdə, mayın 7-də “Azersun Holding”in Mədəniyyət Mərkəzində, mayın 8-də Xırdalan Mədəniyyət Evində keçiriləcək aksiyalar zamanı Şuşa ilə bağlı çıxışlar səslənəcək, Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” tamaşası göstəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR