Bank Of Baku

Sabail RİH başçısı: “Eurovision”la əlaqədar avtomobillərin paytaxta girişinin məhdudlaşdırılacağı barədə fikir yoxdur”

Sabail RİH başçısı: “Eurovision”la əlaqədar avtomobillərin paytaxta girişinin məhdudlaşdırılacağı barədə fikir yoxdur”
# 02 may 2012 10:09 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib. A. Əsgərov ölkəyə, o cümlədən Səbail rayonuna turist axınının artdığını vurğulayıb: “Turistlərin daha da artacağı gözlənilir”.

A. Əsgərov hüquq-mühafizə orqanlarının “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi ərazidə, o cümlədən Dövlət Bayrağı Meydanının ətrafında ciddi təhlükəsizlik tədbirləri gördüyünü söyləyib.

O, “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar avtomobillərin paytaxta girişinin məhdudlaşdırılacağı barədə fikir olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR