Bank Of Baku

Makedoniyanın «Eurovision-2012» təmsilçisi: «Azərbaycanın «Sarı gəlin» mahnısı Romeo və Cülyettanın hekayəti qədər dramatikdir»

Makedoniyanın «Eurovision-2012» təmsilçisi: «Azərbaycanın «Sarı gəlin» mahnısı Romeo və Cülyettanın hekayəti qədər dramatikdir»
# 03 may 2012 08:43 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. “Azərbaycanı görməyi səbirsizliklə gözləyirik. Çox xoşbəxtəm ki, məhz sizin ölkənizdə keçirilən «Eurovision» şousunun bir hissəsiyəm. Bakıdan çox gözəl və xüsusi şou gözləyirəm". APA-nın məlumatına görə, bunu eurovision.az saytına Makedoniyanın «Eurovision -2012»dəki təmsilçisi Kaliopi deyib.

Kaliopi Azərbaycanın musiqisi ilə tanış olduğunu deyib və "Sarı gəlin" mahnısının onu çox təsirləndirdiyini bildirib: "Mən bu mahnının tarixi ilə maraqlandım. Onun çox maraqlı tarixi olduğunu öyrəndim. Bu, Romeo və Cülyettanın hekayəti qədər dramatikdir".

Kaliopi Bakıda səhnəyə çıxmazdan əvvəl azərbaycanlılarla mütləq nərd oynayacağını da deyib: «Çox gözəl nərd oynayıram və Bakıda səhnəyə çıxmazdan əvvəl mütləq azərbaycanlılarla nərd oynayacağam. Ən böyük arzum bir neçə gün sizin tarixinizin bir hissəsi olmaqdır. Mən öz kiçik hekayətimi özümlə ora gətirəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR