“Eurovision-2012” müsabiqəsini işıqlandıracaq jurnalistlər üçün Mətbuat Mərkəzində 500 kompüter quraşdırılacaq - FOTO
03 may 2012 11:03 (UTC +04:00)
APA-nın esckaz.com saytına istinadən yaydığı xəbərə görə, “Baku Crystal Hall”ın yanında inşa olunan Mətbuat Mərkəzinin sahəsi 5000 kv.m. təşkil edir. Mərkəz öz işinə mayın 12-də başlayacaq. İş zonası eyni zamanda 900 jurnalistin işi üçün nəzərdə tutulub. Burada 500 kompüter və 400 natamam iş yerləri mövcuddur. Bütün kompüterlər yüksək sürətli internetə çıxışa malikdir və printerə qoşulub. Bütün zona televiziya ekranı ilə təchiz olunacaq və bununla da mətbuat nümayəndələri məşqləri, mətbuat-konfransları və şounu izləyə biləcəklər. Mərkəzdə 500 nəfərlik konfransı zal yerləşir, burada eyni vaxtda 60 operatorun çəkiliş aparmaq imkanı olacaq. Radio müxbirləri üçün isə saundboks ilə işləmək imkanı yaradılıb. Zona mətbuat konfransları, fotosessiyalar, yarımfinaldan sonra keçiriləcək püşkatmalar, qalibin mətbuat-konfransı üçün nəzərdə tutulub. Əvvəlki illərdə olduğu kimi nümayəndə heyətləri birinci məşqdən sonra mətbuatla görüşün formatını özləri seçə bilərlər. Bu ya təkbətək müsahibə, ya da pərəstişkarlarla görüş ola bilər. İkinci məşqdən sonra bütün ölkələr mətbuat konfransı keçirəcəklər.
İş zonasında bir neçə otaq mövcuddur ki, orada müsahibə almaq və ya çəkiliş aparmaq mümkün olacaq. Bütün kabinələr jurnalistlərin ixtiyarında olacaq. Giriş qapısı yanında servis masa olacaq, orada da xüsusi təlim keçmiş personal işləyəcək. Onların vəzifəsi qonaqlara kömək etməkdən, jurnalistlərə məlumat verməkdən, sualları cavablandırmaqdan ibarətdir.
Mətbuat Mərkəzində həmçinin 175 yerlik kafe, 14 kabinədən ibarət istirahət zonası da xidmət göstərəcək. İstirahət zonası 117 nəfər üçün nəzərdə tutulub.

Mədəniyyət siyasəti
Muzeylərdə “Açıq qapı” günü elan olunur
18:24
17 may 2024
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
17:55
17 may 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17:22
17 may 2024
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının iclası keçirilib
18:30
16 may 2024