Bank Of Baku

Səbinə Babayeva Maltaya səfər edib

Səbinə Babayeva Maltaya səfər edib
# 03 may 2012 14:26 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın «Eurovision-2012» mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva öz Avropa turnesi çərçivəsində Maltaya səfər edib. «EuroMedia Group»dan APA-ya verilən məlumata görə, ilk dəfə olaraq Maltaya səfər edən S. Babayeva mayın 4-də Maltanın «TVAM» kanalının səhər proqramında çıxış edəcək və «Radio B’Fast Show»ya müsahibə verəcək. Daha sonra onun «Gwida» jurnalı və esctoday.com saytına müsahibəsi nəzərdə tutulub.

Səbinə üçün əsas hadisə isə ölkənin ən çox izlənilən «Şarabank TV» şousunda iştirak etməkdir. O, Malta təmsilçisi Kurt Kalleya və Türkiyə təmsilçisi Can Bonomo ilə eyni səhnəni bölüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR