Bank Of Baku

“Eurovision-2012 paytaxtının uşaqları” adlı konsert keçirilib

“Eurovision-2012 paytaxtının uşaqları” adlı  konsert keçirilib
# 04 may 2012 16:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Gənclər üçün Təhsil Mərkəzi “Worldvision İnternational” təşkilatının dəstəyi ilə “Eurovision-2012” mahnı müsabiqəsinə ictimai dəstək məqsədilə
Bu gün “Eurovision-2012 paytaxtının uşaqları” adlı konsert təşkil edib. APA-nın məlumatına görə, məktəblilərin iştirakı ilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev tədbirin mahiyyəti barədə danışıb, bildirib ki, uşaqdan böyüyə hər bir kəs dövlətə dəstək verməyə hazır olmalıdır: “Bu müsabiqənin Azərbaycan dövləti üçün, onun vətəndaşları üçün böyük əhəmiyyəti var. Odur ki, hamımız bu müsabiqənin yüksək səviyyədə keçməsinə, habelə Azərbaycanın dünyada tanınmasına xidmət etməsinə öz töhfəmizi verməliyik”.

Sonra musiqi məktəblərinin, uşaq evlərinin kollektivlərinin ifasında musiqi və rəqs nömrələri təqdim olunub, gənc müğənnilərin ifaları dinlənilib.

Tədbirdə uşaqlar və böyüklərin iştirakı ilə “Eurovision” müsabiqəsinə həsr olunmuş viktorina da keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.

Tədbirə tamaşaçı qismində 200-ə yaxın kimsəsiz uşaq da qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR