Bank Of Baku

“Ogae Azərbaycan”ın səsverməsi açıqlanıb

“Ogae Azərbaycan”ın səsverməsi açıqlanıb
# 05 may 2012 18:10 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Hər il olduğu kimi, bu il də «Eurovision -2012» mahnı müsabiqəsində iştirak edəcək ölkələrin rəsmi «Ogae» klublarının səsverməsi keçirilir. APA-nın müsabiqənin saytına istinadən yaydığı məlumatına görə, artıq bir çox ölkələrin rəsmi fan-klub üzvlərinin səsləri toplanıb. Azərbaycanın rəsmi fan-klubu olan «Ogae Azərbaycan» əksər fan-klublar və bukmeykerlər kimi İsveç təmsilçisi Lorinə 12 bal verib. «Ogae Azərbaycan»ın səsverməsinin nəticələri belədir: 12 bal İsveç, 10 bal Rusiya, 8 bal Serbiya, 7 bal İtaliya, 6 bal Norveç, 5 bal İslandiya, 4 bal Türkiyə, 3 bal Yunanıstan, 2 bal Rumıniya,1 bal Kiprə verilib.
Qeyd edək ki, OGAE səsverməsi ümumi nəticələrə təsir etmir, yalnız rəsmi fanatların rəyini öyrənmək məqsədi daşıyır. OGAE səsverməsi başa çatdıqdan sonra OGAE İnternational bütün ölkələrin fanatların ümumi rəyini elan edəcək. 2007 və 2009-cu illərin göstəricilərinə görə, müsabiqənin qalibi fanatların səsverməsi ilə üst-üstə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR