Bank Of Baku

“Eurovision-2012”-nin aparıcılarının «Baku Crystal Hall»da ilk məşqi keçirilib - FOTO

“Eurovision-2012”-nin aparıcılarının «Baku Crystal Hall»da ilk məşqi keçirilib - <font color=red>FOTO</font>
# 07 may 2012 13:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün "Baku Crystal Hall» da «Eurovision 2012» mahnı müsabiqəsinin aparıcıları Eldar, Leyla və Nərgizin ilk məşqi keçirilib. APA-nın eurovision.az saytına istinadən yaydığı xəbər görə, məşqi «Eurovision» mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand, «Eurovision 2012» mahnı müsabiqəsi İşçi Qrupunun rəhbəri Adil Kərimli, müsabiqənin təşkilatı işlər üzrə rəhbəri Sietse Bakker, "Brainpool" şirkətinin rəhbəri Yorq Qraboş izləyib. İlk məşqlə bağlı təəssüratlarını bölüşən Yorq Qraboş aparıcıların "Baku Crystal Hall"dakı ilk məşqdən yaxşı göründüklərini bildirib. "Bu da o deməkdir ki, onlar bu möhtəşəm şounun çox gözəl aparıcıları olacaqlar. Biz Bakıda Eurovision şousunu Avropaya göstərmək üçün səbirsizlənirik" - deyə Yorq Qraboş bildirib.

"Baku Crystal Hall"ın möhtəşəmliyini vurğulayan aparıcılar bu səhnədə çıxış etməyin gözəl bir hiss olduğunu dilə gətiriblər: "Bu möhtəşəmliyi Avropaya hiss etdirməyə çalışacağıq".

Qeyd edək ki, Leyla, Nərgiz və Eldar bu günlərdə Almaniyanın Köln şəhərində ikinci treninqdə olub. Onlar Düsseldorfda keçirilən “Eurovision” Mahnı Müsabiqəsi 2011-in aparıcılarından olan Anke Engelke ilə görüşüblər və təcrübə mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR