Bank Of Baku

“20 il Şuşasız” adlı kitab sərgisi və Şuşa barədə hazırlanmış kataloqun təqdimatı keçirilib

“20  il Şuşasız” adlı kitab sərgisi və Şuşa barədə hazırlanmış kataloqun təqdimatı keçirilib
# 08 may 2012 10:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Kitabxanada Şuşanın işğalının 20 illiyinə həsr olunmuş “20 il Şuşasız” adlı kitab sərgisi və Şuşa barədə hazırlanmış kataloqun təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə Kitabxananın əməkdaşları, Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri iştirak edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov Şuşa şəhərinin işğalı ilə Azərbaycanın eyni zamanda mədəniyyətinə böyük zərbə dəydiyini vurğulayıb. O, hazırda nümayiş etdirilən kataloq və kitabların gələcəkdə hər birinin tədqiqat mənbəyi olacağını söyləyib.

Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun rəhbəri Çingiz Əlioğlu və digər çıxış edənlər Şuşa şəhərinin işğalı ilə Azərbaycana mənəvi-psixoloji zərbə dəydiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR