Bakıda “thebusiness|year” jurnalının Azərbaycana həsr olunmuş xüsusisi buraxılışının təqdimatı keçirilib – YENİLƏNİB - FOTOSESSİYA
Xüsusi buraxılış barədə məlumat verən jurnalın regional direktoru Betül Cakaloğlu deyib ki, buraxılış “Evrovision”a hərs olunub. Jurnalda 160-dək dövlət və iş adamından, o cümlədən prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan müsahibələr əksini tapıb.
Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov çıxışında bildirib ki, 2 ildir dünyanın diqqəti “Evrovision”la bağlı Azərbaycana yönəlib: “Biz mədəniyyətimizlə, azərbaycanlı olduğumuzla fəxr edirik. Qonşularımız Azərbaycan xalqının mədəniyyətindən bəhrələnərək öz mədəniyyətlərini yaratmağa çalışdılar”.
Ə. Həsənov deyib ki, bəzi QHT-lər, mətbuat orqanları ciddi cəhdlə Avropa Yayım Birliyinə təzyiq göstərməyə çalışırlar ki, “Eurovision” keçirilməsin: “İki-üç hadisəni şişirdərək bundan təzyiq yaratmaq üçün istifadə etməyə, ölkənin imicinə zərə vurmağa çalışırlar. Təəssüf ki, dünyada informasiya monopoliyası yaratmaq istəyən informasiya agentlikləri və televiziyalar var. Biz imicimizə ziyan vuran böhtanlara qarşı mübarizə aparmalıyıq. Azərbaycan mili-mənəvi dəyərlər, siyasi plüralizm və dini tolerantlıq baxımından bəzi Avropa ölkələrindən irəlilədir. Bunu qısqanclıqla qarşılayan bəzi qüvvələr ölkəmizin imicinə ziyan vurmağa çalışırlar”.
Ə. Həsənov qeyd edib ki, “Eurovision” Azərbaycan üçün imkan deyil, məqsəddir: “Məqsəd Azərbaycanın mədəniyyətini, tolerantlığını dünya ictimaiyyətinə çatdırmaqdır. Bütün dünyaya göstərəcəyik ki, biz nəinki “Eurovision”u keçirə bilərik, hətta onu daha yaxşı təşkil edə bilərik. Bura gələnlər Azərbaycanın dostları kimi geri dönəcəklər”.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev il ərzində Azərbaycanın turizm potensialı barədə məlumatların 15 ölkədə təqdim olunduğunu, ölkənin azı 10 sərgidə iştirak etdiyini söyləyib: “Keçən il Azərbaycana gələn turistlərin sayı 2 milyon 234 min nəfər olub və turistlərin sayı 14% artıb”.
Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, Azərbaycan dünyada maliyyə böhranından şərəflə çıxan azsaylı ölkələrdən biridir: “Ölkədə yoxsulluq problemi həllini tapıb. Dörd milyondan artıq insan yoxsulluq həddindən çıxıb. Yoxsulluq həddi 8 ildə 4 dəfə azaldılıb, hansı ki, bir çox ölkələrdə bu proses bir neçə onillik tələb edir. Dövlət investisiyaları son 8 ildə 40 dəfə artaraq 32 milyard dollardan çox olub. Strateji ehtiyatlar dövlət borcunu 10 dəfə üstələyib. Son 10 ildə əhalinin gəlirlərinin orta illik artımı 22% təşkil edib. Xarici ticarətdə tərəfdaşların sayı 2 dəfə artıb. Yaxın 10 ildə ölkə iqtisadiyyatının həcmi 2 dəfə artacaq. Bu artımla Azərbaycan yüksək gəlirli ölkələr qrupuna daxil olacaq”.
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə bildirib ki, fonda indiyədək 70 milyard dollardan artıq vəsait daxil olub: “Fond tərəfindən ölkənin sosial-iqtisadi həyatına aid çoxsaylı layihələr maliyyələşdirilib. Hazırda fondda 32 milyard dollardan artıq vəsait mövcuddur. Azərbaycan eyni zamanda beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulub”.
Tədbirdə çıxış edən “Gilan Holding” şirkətlər qrupunun təmsilçisi Rəşad Qasımov ölkədə özəl sektorun inkişafından danışıb, təmsil etdiyi şirkətin fəaliyyətindən söz açıb. “Gilan Holding”in Azərbaycanın müstəqilliyi ilə eyni yaşda olduğunu qeyd edən R. Qasımov şirkətin fəaliyyət göstərdiyi 20 il ərzində böyük layihələr həyata keçirdiyini vurğulayıb. O, xarici sərmayələrlə yanaşı, ölkəyə milli sərmayələrin də cəlb olunduğunu bildirib, “Gilan Holding”in məhz bu istiqamətə xüsusi diqqət yetirdiyini qeyd edib.
R. Qasımov “Gilan Holding”in “Eurovision-2012” mahnı müsabiqəsinin sponsorlarından biri olduğunu da xatırladıb, Azərbaycanın özəl iqtisadiyyatının təmsilçilərindən biri kimi şirkətin adının nüfuzlu “thebusiness|year” jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışına salınmasının görülən işə verilən yüksək qiymət olduğunu bildirib.
Tədbirdə “thebusiness|year” jurnalının bölgə direktoru Jason Nash və digər şəxslər də çıxış ediblər.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Berlində altı ayda silahla bağlı 585 hüquq pozuntusu qeydə alınıb
FT: Avropanın aparıcı lüks brendləri 251 milyard avro dəyər itirib
Pentaqon ABŞ-dakı hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır
Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət sazişi imzalaya biləcəyini bildirib
Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb
“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib
Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilmə müddətini uzadacaq
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq