Bank Of Baku

Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar və Nigar mayın 24-də "Baku Crystal Hall"da çıxış edəcəklər

Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar və Nigar mayın 24-də "Baku Crystal Hall"da çıxış edəcəklər
# 10 may 2012 09:27 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision 2012” mahnı müsabiqəsinin yarımfinalları və finalındakı açılış və interval aktlarının məşqləri aparılır. Müsabiqənin builki təmsilçilərinin rəngarəng və bir-birindən fərqlənən performansları ilə yanaşı, milyonlarla izləyiciyə açılış və interval aktlarında sürpriz dolu şoular təqdim ediləcək. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, açılış və interval aktları səhnə tərtibatı, ssenarisi və şouda çıxış edəcək müğənniləri ilə seçiləcək. Bu şoular üçün son 5 ilin “Eurovision” qalibləri Bakıya toplaşacaq. Mariya Şerifoviç, Dima Bilan, Aleksandr Rıbak, Lena, Eldar və Nigar mayın 24-də keçiriləcək ikinci yarımfinalın interval aktında "Baku Crystal Hall"da çıxış edəcəklər.

Xatırladaq ki, yarımfinallar mayın 22-də və 24-də, finalı isə mayın 26-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR