Mehriban Əliyeva Bakıdakı “EuroClub”da görülmüş işlərlə tanış olub- FOTO
11 may 2012 21:33 (UTC +04:00)
APA-nın xəbərinə görə, M. Əliyevaya “EuroClub”da görülən işlərlə bağlı ətraflı məlumat verilib.
Eyni vaxtda 3 min nəfərin əylənməsi üçün nəzərdə tutulan “EuroClub”da həmçinin “Eurovision”un rəsmi açılış mərasiminin, hər yarımfinaldan sonra finala vəsiqə qazanan qaliblər üçün ziyafətlərin və final konsertindən sonra vida gecəsinin təşkili də nəzərdə tutulub.
“EuroClub”da görülmüş işlərlə tanış olan M. Əliyeva Bakıda qarşıdakı musiqi yarışmasının yüksək səviyyədə keçirilməsində bu klubun əhəmiyyətli rol oynayacağını qeyd edib.
Xatırladaq ki, “EuroClub” yarışma iştirakçılarının əyləncələrini təmin etmək üçün hazırlanıb. Akkreditasiyadan keçmiş bütün şəxslər burada təşkil olunan tədbirlərdə iştirak edə biləcəklər. Eyni zamanda, ayrı-ayrı ölkələrin “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçiləri “EuroClub”dan özlərinin təbliğat vasitəsi kimi də istifadə edəcəklər.
Burada hər bir nümayəndə heyəti öz gecəsini təşkil edəcək. İştirakçılar “EuroClub”un disko-zalından, bar və restoranının xidmətindən də yararlana biləcəklər.
“EuroClub”da hər gün canlı musiqi, rəqs və digər şou proqramlar təqdim ediləcək.

Mədəniyyət siyasəti
Muzeylərdə “Açıq qapı” günü elan olunur
18:24
17 may 2024
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
17:55
17 may 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17:22
17 may 2024
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının iclası keçirilib
18:30
16 may 2024