Bank Of Baku

“Eurovision-2012” mahnı müsabiqəsinin 9 iştirakçısının məşqi və mətbuat konfransı keçirilib - FOTOSESSİYA

“Eurovision-2012” mahnı müsabiqəsinin 9 iştirakçısının məşqi və mətbuat konfransı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 13 may 2012 20:34 (UTC +04:00)
APA-nın məlumatına görə, ilk gün Monteneqro (Rembo Amadeus), Yunanıstan (Eleftheriou), Latviya (Anmari), İslandiya (Qreta Salome və Jonsi), Albaniya (Rona Nişliu), Rumıniya (“Mandinga” qrupu), İsveçrə (“Sinplus” qrupu), Belçika (Sandra Kim) və Finalndiya (Pernilla) təmsilçiləri ilk məşqlərini keçiriblər. Hər bir təmsilçi 40 dəqiqə olmaqla müsabiqə mahnılarını təqdim edərək, televiziya ucun yayım məşqlərini də ediblər.

Məşqlərdən sonra isə hər bir ölkə iştirakçısı Mətbuat Mərkəzində jurnalistlərin suallarını cavablandırıblar. Onların hər biri Bakıya olan sevgilərini və məhəbbətlərini dilə gətirib, buradakı ab-havanın ilk gündən onlara xoş təsir bağışladığını və bundan məmnun olduqlarını söyləyiblər. Bir sıra ölkə təmsilçiləri hətta mətbuat konfransında Azərbaycana olan sevgilərini ana dilimizdə oxuduqları mahnılarla göstəriblər. Belə ki, Latviya təmsilçisi Anmari "Sarı gəlin" xalq mahnısını, Albaniyadan olan Rona Nişliu isə “Bana-bana gəl” mahnısını canlı oxuyublar.

R. Nişliu Azərbaycanın tanınmış caz ifaçısı Əzizə Mustafazadənin pərəstişkarı olduğunu da deyib.

Latviya təmsilçisi isə yaradıcı heyətində Azərbaycandan da bir nəfər olduğunu, «Sarı gəlin» mahnısını da ona məhz həmin şəxsin öyrətdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR