Bank Of Baku

Albaniyanın “Eurovision-2012” təmsilçisi: “Bakı sakinlərinə yaxşı mənada paxıllığım tutdu” - FOTO

Albaniyanın “Eurovision-2012” təmsilçisi: “Bakı sakinlərinə yaxşı mənada paxıllığım tutdu” - <font color=red>FOTO</font>
# 14 may 2012 11:40 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Eurovision-2012” mahnı müsabiqəsində Albaniyanı təmsil edəcək Rona Nişliu Bakının çox gözəl şəhər olduğunu iddia edir. APA-ya eksklüziv açıqlamasında Rona Nişliu artıq fürsət tapıb dənizkənarı parkda şəhər gəzintisinə çıxdığını, Qız Qalasından şəhəri seyr etdiyini bildirib: “Şəhəriniz çox gözəldir. Bakı sakinlərinə yaxşı mənada paxıllığım tutdu. Bakının gecələri isə izah olunmaz şəkildə ecazkardır”.

Təmsilçi qeyd edib ki, onun üz tutacağı növbəti məkanlardan biri alış-veriş mərkəzləri olacaq. Rona açıqlamasında Azərbaycan və Türk dillərini çox sevdiyini və ana tərəfdən nənəsinin türk əsilli olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR