Bank Of Baku

“Eurovision 2012”nin Mətbuat Mərkəzində yenilik edilib

“Eurovision 2012”nin Mətbuat Mərkəzində yenilik edilib
# 14 may 2012 16:07 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision-2012” mahnı müsabiqəsi çərçivəsində Mətbuat Mərkəzinə sensor köşk vasitəsilə interaktiv səsvermə sistemi quraşdırılıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Ogae Azərbaycan”ın prezidenti Fariz Qasımlı bildirib ki, “FanDesk” Mətbuat Mərkəzində yerləşir və ənənəvi olaraq hər il ev sahibi ölkədə təşkil olunan səsvermədə müsabiqəni işıqlandıran jurnalistlər, fanatlar iştirak edə bilirlər. F. Qasımlının sözlərinə görə, ilk dəfə olaraq Azərbaycanda təşkil olunan bu sistem də yenilikdir və bu çox sevindiricidir: “Bütün jurnalistlər yeni sistemlə maraqlanır və çox böyük həyəcanla qarşılayırlar. Sevinirəm ki, Azərbaycan bununla da yeniliyə imza atdı”.

Adıçəkilən sistem “İnfotouch” şirkətinin istehsalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR