Bank Of Baku

I yarımfinalın bütün 18 təmsilçisi “Baku Crystal Hall”da məşq edib

I yarımfinalın bütün 18 təmsilçisi “Baku Crystal Hall”da məşq edib
# 14 may 2012 21:54 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision 2012” mahnı müsabiqəsi çərçivəsində bu gün I yarımfinalda iştirak edən növbəti 9 ölkənin məşqi və mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, “Baku Crystal Hall”un səhnəsində yerini ilk əvvəl İsraili təmsil edən “İzabo” qrupu alıb. Növbəti məşq proseslərini isə San Marino təmsilçisi Valentina Monetta, Kiprin təmsilçisi İvi Adamou, Danimarkanın təmsilçisi Soluna Samay, Rusiya təmsilçiləri “Buranovskiye babuşki”, Macarıstan təmsilçisi “Compakt Disko”, Avstiryanın təmsilçisi “Trackshittaz”, Moldova təmsilçisi Pasha Parfeny, İrlandiya təmsilçisi “Jedward” qardaşları keçirib.
Təmsilçi ölkələrin iştirakçılarının bəzisi bugünkü məşqlərində “Crystal Hall”a səhnə geyim çıxıblar. Bu günün ən çox gözlənilən iştirakçıları olan Rusiya təmsilçiləri ”Buranovskiye babuşki” sıralamaya uyğun olaraq 6-cı səhnəyə çıxıblar. 6 nənənin ifası, səhnə quruluşu digər iştirakçıların çıxışlarından fərqlənib. Həm səhnədə sobanın çıxış müddətində fırlanması və tüstülənməsi çıxışı daha da maraqlı və yadda qalan edib. Digər yaddaqalan ölkə təmsilçiləri isə “Jedward” qardaşları olub. İrlandiyalı təmsilçilərin səhnəsindəki su fontanı da maraq doğuran detallardan biri olub. Məşqlərdən sonra isə müsabiqənin şərtlərinə uyğun olaraq təmsilçi ölkələrin nümayəndələri yerli və xarici mətbuatla görüşüb onların suallarını cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR