Bank Of Baku

“Eurovision-2012” müsabiqəsi vauçerlərinin biletlərə dəyişdirilməsinə başlanır

“Eurovision-2012” müsabiqəsi vauçerlərinin biletlərə dəyişdirilməsinə başlanır
# 15 may 2012 09:58 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Mayın 15-i saat 15.00-dan etibarən “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin birinci və ikinci yarımfinalları və finalının əsas məşqlərinin (21 may, 23 may və 25 may) vauçerlərinin biletlərə dəyişdirilməsinə start veriləcək. APA-nın “eurovision.az” saytına istinadən verdiyi məlumata görə, vauçerlərin biletlərə dəyişdirilməsi prosesi istirahət günləri də daxil olmaqla hər gün «Gülüstan» sarayında saat 10.00-dan 22.00-dək həyata keçiriləcək.

“Eurovision-2012”-nin şoularının vauçerlərini alan hər bir şəxs şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletləri əldə edə bilər.

Mayın 16-dan etibarən isə müsabiqənin birinci və ikinci yarımfinalları (22 may, 24 may) və final mərhələsinin (26 may) vauçerləri biletlərə dəyişdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR