Bank Of Baku

“Eurovision-2012” Malta təmsilçisi: ““Crystal Hall” səhnəsində televiziya yayımı üçün təşkil edilən ilk məşqim uğurlu keçdi” - FOTO

“Eurovision-2012” Malta təmsilçisi: ““Crystal Hall” səhnəsində televiziya yayımı üçün təşkil edilən ilk məşqim uğurlu keçdi”  - <font color=red>FOTO</font>
# 15 may 2012 15:19 (UTC +04:00)
Bu açıqlamanı APA-ya “Eurovision-2012” mahnı müsabiqəsində Maltanı təmsil edən Kurt Calleja verib.
Təmsilçi Bakını çox sevdiyini və bu səfərinin şəhərimizə ilk gəlişi olmadığını qeyd edib: “Bakıya ilk gəlişimdə şəhəriniz mənə o qədər xoş təsir bağışladı ki, bura yenidən gəlmək fürsəti ələ düşən kimi bunu böyük məmnuniyyətlə edirəm. Milli yeməklərinizdən düşbərə və kababın dəlisiyəm. Mətbəxiniz çox ləzzətlidir”.
Kurt builki yarışmadakı favoritlərinin Türkiyə , İsveç və Almaniya təmsilçilərinin olduğunu qeyd edib: “Can Bonomo ilə çox yaxın dostuq. Eyni zamanda sizin builki təmsilçiniz Səbinə Babayeva ilə də çox yaxşı münasibətimiz var. Ötən ilki qaliblərdən Eldar ilə müsabiqədən kənar birgə mahnı yazdıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR