Qaytana: “Sakinlərinizin nəvazişi və qonaqpərvərliyi sözün əsl mənasında məni valeh etdi” – MÜSAHİBƏ - FOTOSESSİYA
- Bakıya ilk dəfə gəlirsiniz. Bundan öncəki müsahibələrinizdə Bakını görmək arzusunda olduğunuzu bildirmişdiniz. Artıq burdasınız və Bakı sizə necə təsir bağışladı?
- Şəhəriniz olduqca gözəldir. Hələ təyyarədə ikən fotokamera ilə gördüklərimi lentə almağa başladım. Yolboyu insan əli ilə yaradılmış gözəllikləri izləyərək heyrətə gəldim. Elə bil nağıllar aləminə düşmüşdüm. Məni ən çox cəlb edən isə Bakının rəngi oldu. Ağ, çəhrayı, sarı və kök rənglərinin qarışığından ibarət rəng insana sakitləşdirici təsir göstərir. Özümü paytaxt şəhərdə deyil, əksinə, hansısa bir kurortda hiss etdim. Boş vaxt tapan kimi elə bu gün milli mətbəxinizi dadmağa gedəcəyəm. Əminəm ki, mətbəxiniz olduqca zəngin və ləzzətlidir.
- Bakı sakinləri barədə təəssüratlarınız necədir?
- Bura gələnə qədər düşünməzdim ki, mənim kimi gülümsəməyi bu qədər sevən insanlar ola bilər. Sakinlərinizin nəvazişi və qonaqpərvərliyi sözün əsl mənasında məni valeh etdi. Bir də isti və mülayim hava şəraiti ilə əlaqədar zəif tünd rəngli dəriləri məni ən çox cəlb edən amillərdən oldu.
- “Baku Crystal Hall” səhnəsində artıq ilk məşqiniz baş tutub.
- Əlbəttə, hər şey əla oldu demək bir qədər banal səslənir, amma həqiqətən də belə oldu. Səhnədəki hər üç məşqim uğurlu keçdi. Bu cür səhnə və zaldan başqa şey gözləmək düzgün olmazdı.
- İkinci yarımfinal səhnəsindəki çıxışınız zamanı güldən hörülmüş baş geyimindən istifadə edəcəksinizmi?
- Düşünürəm ki, bəli. Çünki bu cür aksessuarları çox sevirəm. Özümlə Bakıya güldən hörülmüş bir neçə baş geyimi gətirmişəm.
- Səhnədəki çıxışınız zamanı bek-vokallardan imtina etmisiniz. Bunun səbəbi nədir?
- Düzdür. Düşünürəm ki, əgər tamaşaçılar ifam zamanı mənimlə birgə ifa etsələr, lap əla olar. Bildiyiniz kimi, mənim atam Konqo əsillidir. Ona görə də Afrika ritmlərini çox sevirəm. “Eurovision-2012” səhnəsində ifa edəcəyim “Be my Guest” mahnısında da bu cür ritmlər mövcuddur. Bu ritmləri məhz özüm ifa etmək istədim.
- Eşitmişik ki, Ukraynanı builki yarışmada təmsil edəcəyinizə görə bəzi narazılıqlarla üzləşmisiniz...
- Doğrudur, bəzi narazılıqlar olub. Amma düşünürəm ki, bu cür neqativ halların qarşısını almağın ən gözəl yolu gülümsəmək və insanlara sevgi, müsbət enerji bəxş etməkdir.
- Ani Lorak və Ruslana ilə birgə mahnınız var. Bakıya gəlməzdən öncə onlarla görüşüb, məsləhətlərini almısınızmı?
- Təbii ki. Ruslana bacardığım qədər dincəlməyi və enerjimi əsas günə saxlamağımı, Ani isə əksinə, “Eurovision” ərəfəsindən həzz almağımı məsləhət bildilər. Ümidvaram ki, Ukraynaya onların nail olduqları uğuru yenidən bəxş edə biləcəyəm.
- Favoritiniz kimdir?
- Təmsilçilərin hamısının ifasını dinləmişəm. Mübarizə çətin olacaq. Demək olar ki, bütün iştirakçılar güclü səsə malikdirlər. Digər bir fakt isə “Eurovision-2012” səhnəsində bir çox musiqi janrlarının yer alması builki müsabiqəni daha rəngarəng və eyni zamanda çətin edir.
- “Eurovision”dan sonrakı gələcək planlarınıza nə daxildir?
- Mən daim yeni musiqilər yazıram. Düşünürəm ki, mənim həyat amalım məhz insanlara yeni musiqilər bəxş etməkdir. Eyni zamanda mən uşaqlar üçün də musiqilər yazıram. Bir dostumla bərabər yaxın zamanlarda imkansız, ancaq istedadlı uşaqlar üçün səsyazma studiyası açmaq arzusundayıq.
- Sonda Bakı sakinlərinə sözünüz?
- Əzizlərim, biz böyük bir ailəyik. Gəlin siyasi, dini münaqişələrə məhəl qoymadan hamımız musiqi dostluğu ilə bir araya gələk. Ancaq bu təqdirdə biz bir böyük ailə ola bilərik!
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turunda qalib gəlib
Berlində altı ayda silahla bağlı 585 hüquq pozuntusu qeydə alınıb
FT: Avropanın aparıcı lüks brendləri 251 milyard avro dəyər itirib
Pentaqon ABŞ-dakı hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır
Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət sazişi imzalaya biləcəyini bildirib
Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb
“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib
Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilmə müddətini uzadacaq
Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır