San Marino təmsilçisi: ““Baku Crystal Hall” məni heyrətə salıb”
16 may 2012 07:54 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Bakı sakinləri gülərüz, mehriban və çox ünsiyyətçildirlər”. Bunu APA-ya açıqlamasında “Eurovision 2012” mahnı müsabiqəsində San Marinonu “The Social Network Song” adlı mahnı ilə təmsil edən Valentina Monetta bildirib.
V. Monetta “Baku Crystal Hall” səhnəsinin onu heyrətə saldığını deyib və “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi üçün Azərbaycanın çox gözəl məkan olduğunu qeyd edib. Bu ilki təşkilatçılıqdan razılıq edən təmsilçi, yaxın günlərdə Qobustan və Yanardağa gedəcəyini də açıqlayıb. Valentina builki favorit təmsilçilər arasında Səbinə Babayeva və Albaniya təmsilçisi Rona Nişliunun adlarını çəkib. Valentina Monetta Azərbaycan musiqisini çox sevdiyini bildirib.
San – Marino təmsilçisi “İfa etdiyim mahnı sosial şəbəkələrə həsr olunub. Elə mən özüm də əksər gənclər kimi günümün əsas hissəsini bu şəbəkələrdə keçirirəm”, - deyə söyləyib.

Mədəniyyət siyasəti
Muzeylərdə “Açıq qapı” günü elan olunur
18:24
17 may 2024
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
17:55
17 may 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17:22
17 may 2024
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının iclası keçirilib
18:30
16 may 2024