Bank Of Baku

Sumqayıt Dram Teatrı yeni tamaşa hazırlayır - FOTO

Sumqayıt Dram Teatrı yeni tamaşa hazırlayır - <font color=red>FOTO</font>
# 16 may 2012 10:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. H. Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrında M. F. Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” əsəri əsasında hazırlanan tamaşanın son məşqləri gedir. Teatrdan APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmovdur.Tamaşada əməkdar artist Fəranə Musayeva, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, İlham Səfərli, Cəlal Məmmədov və başqaları çıxış edir.

Qeyd edək ki, tamaşa prezident İlham Əliyevin M. F. Axundzadənin 200 illiyi ilə bağlı verdiyi sərəncam çərçivəsində hazırlanıb.Tamaşanın iyun ayında keçiriləcək “Axundov əsərləri festivalı”nda nümayiş olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR