Bank Of Baku

Can Bonomo 25 yaşını Bakıda qeyd edir - FOTO

Can Bonomo 25 yaşını Bakıda qeyd edir -<font color=red> FOTO</font>
# 16 may 2012 14:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşdiqızı – APA. Türkiyənin “Eurovision-2012” təmsilçisi Can Bonomo 25 yaşını Bakıda qeyd edir. APA-nın məlumatına görə, bu gün “Baku Crystal Hall”da ilk məşqini edən Can, daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb. O, ad gününü “Baku Crystal Hall” səhnəsində, qardaş Azərbaycanda qeyd etməkdən məmnunluğunu ifadə edib: “Bu gün həyatımın ən gözəl doğum günlərindən birini yaşayıram. Səhnə arxasından tutmuş hər yerdə mənim üçün “Happy birhtday” oxuyurlar, gül-çiçək əhatəsində qeyd edirəm”.

Can üçün elə mətbuat nümayəndələri tərəfindən də ad günü mahnısı oxunub.

Türkiyə təmsilçisi mahnısının seviləcəyinə ümid etdiyini deyib: “Siz mahnımı sevirsinizsə deməli, hər şey yaxşı olacaq”. Ciddi hazırlaşdığını deyən Can, özü üçün uğurlar diləyib və hamıdan dəstək istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR