Bank Of Baku

Musiqili Komediya Teatrının kollektivi Gədəbəy və Şəmkirə qastrola gedib

Musiqili Komediya Teatrının kollektivi Gədəbəy və Şəmkirə qastrola gedib
# 16 may 2012 15:52 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi 28 May - Respublika Günü münasibətilə Gədəbəy və Şəmkir rayonlarına qastrol səfərinə çıxıb. Bu barədə APA-ya teatrın direktor müavini Elxan Ocaqov məlumat verib. Onun sözlərinə görə, Regionların İnkişafı İctimai Birliyinin maliyyə dəstəyi ilə gerçəkləşən səfər zamanı teatrın kollektivi İsi Məlikzadənin “Hərənin öz ulduzu” tamaşasını səhnələşdirib. Musiqisi xalq artisti, bəstəkar Süleyman Ələsgərova məxsus olan tamaşa bu gün Gədəbəydə nümayiş olunub, sabah isə Şəmkirdə səhnəyə qoyulacaq.

Tamaşada xalq artisti Fatma Mahmudova, əməkdar artist Xanım Qafarova, aparıcı aktyorlar Novruz Qartal, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Elçin İmanov, teatrın xor və balet truppası çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR