Bank Of Baku

Mexikoda “Dost ölkələrin mədəniyyət yarmarkası” başlayıb – FOTOSESSİYA

Mexikoda “Dost ölkələrin mədəniyyət yarmarkası” başlayıb –<font color=red> FOTOSESSİYA </font>
# 17 may 2012 07:35 (UTC +04:00)
Bakı – APA. Meksikanın paytaxtı Mexiko şəhərində 15 gün davam edəcək ənənəvi “Dost ölkələrin mədəniyyət yarmarkası” başlayıb. Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən xəbərə görə, yarmarkanın açılış mərasimində Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin başçıları və Mexiko şəhərinin meri Marselo Ebrard iştirak ediblər.

Sərgi hər il Meksikada fəaliyyət göstərən səfirliklər vasitəsilə bu ölkələrinin mədəniyyətinin təbliği və tanıdılması üçün Mexiko şəhərinin hökuməti tərəfindən təşkil edilir. Mədəniyyət yarmarkasında 2011-ci ildə olduğu kimi, cari ildə də Azərbaycan səfirliyi təmsil olunur. Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, adət-ənənələri haqda məlumatlarla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə broşürlər nümayiş etdirilir və paylanılır. Həmçinin müxtəlif növ Azərbaycan xalçaları, üzərində ispan dilində “Qarabağ, Azərbaycan”, “Azərbaycan – Odlar diyarı” yazılmış köynəklər, idman geyimləri, qolbağılar və digər əşyalar, habelə müxtəlif mili şirniyyat növləri ziyarətçilərə təqdim edilir.

Sərginin təntənəli açılış mərasimində iştirak etmək üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mexiko şəhərinə ezam edilmiş peşəkar sənətçilər tərəfindən Azərbaycanın milli rəqsləri ifa edilir ki, bu da öz növbəsində yarmarkanı ziyarətə gələn Mexiko şəhər sakinləri, çoxsaylı turistlər və Meksikanın kütləvi informasiya vasitələri tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq və diqqət göstərilməsinə səbəb olub.

Beynəlxalq yarmarka mayın 27-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR