Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi “Mədəniyyət abidələrimiz” adlı foto müsabiqəsi keçirir

Mədəniyyət və Turizm Nazirliyi “Mədəniyyət abidələrimiz” adlı foto müsabiqəsi keçirir
# 17 may 2012 08:09 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqının zəngin mədəni irsinin qorunub saxlanılması, mədəniyyət abidələrinin təbliği, gənclərin foto sənətinə marağının artırılması məqsədilə “Mədəniyyət abidələrimiz” adlı respublika foto müsabiqəsi keçirir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə 16 yaşından yuxarı həvəskar və peşəkar fotoqraflar iştirak edə bilər. Fotolar mayın 25-dək elektron poçt vasitəsilə ([email protected]) göndərilməlidir.

Müsabiqənin yekun turu və qaliblərin əsərlərindən ibarət sərgi 2012-ci il iyun ayının 5-dən 9-dək Bakı şəhərində keçiriləcək. Yekun sərgidə qaliblər elan olunacaq və onlar Mədəniyyət və Turizm Nazirliyinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Sərgidə nümayiş etdirilən əsərlərin kataloqunun nəşr olunması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR