Bank Of Baku

“Buranovskiye babuşki” kollektivinin Bakıda ikinci məşqi keçirilib - FOTO

“Buranovskiye babuşki” kollektivinin Bakıda ikinci məşqi keçirilib - <font color=red>FOTO</font>
# 18 may 2012 11:53 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Rusiya Federasiyasının “Eurovision-2012” təmsilçisi “Buranovskiye babuşki” kollektivinin “Crystal Hall” səhnəsində ikinci məşqi keçirilib. APA-nın xəbərinə görə, məşqi alqışlara tamamlayan nənələr mətbuat konfransında yenə medianın böyük marağı ilə rastlaşıblar.

Nənələr doğma şəhərləri üçün darıxmadıqlarını və Bakıda özlərinə qarşı doğmalıq hiss etdiklərini söyləyiblər: “Biz Bakıda şəhər mərkəzindən kənarda məskunlaşmışıq. Qaldığımız yerin ətrafı boyu uzanan bağ bizə evimizi xatırladır. Hətta dünən mətbəxdə sizə təqdim etmək üçün milli mətbəximizdən bir yemək hazırlamışıq”.

Mətbuat konfransından sonra onlar ətdən və göbələkdən hazırlanmış “Perepeçi”ləri mətbuat nümayəndələrinə şəxsən özləri paylayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR