«Evrovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar Bakıda qeydiyyatsız yaşayan əcnəbilərə qarşı tədbirlər keçirilir
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Sərəncamı ilə DİN-in bütün orqan və hissələri may ayının 10-dan 31-dək gücləndirilmiş iş rejiminə keçib, bu strukturlarda sutkalıq fəaliyyət göstərən əməliyyat qrupları yaradılacaq və rəhbər əməkdaşların xüsusi cədvəl üzrə növbətçiliyi təşkil edilib. Tədbirlər planında Bakı polisinin də üzərinə konkret vəzifələr qoyulub. İlk növbədə müsabiqə ərəfəsində və keçirildiyi dövrdə ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək şəxsi heyətin sayı, stasionar post və marşrutların dislokasiyası müəyyənləşdirilib.
Məlumatda bildirilir ki, müsabiqənin keçiriləcəyi məkanın ətrafında, müsabiqə iştirakçılarının, rəsmi şəxslərin, nümayəndə heyətlərinin işlədikləri, istirahət etdikləri, əyləndikləri və yaşadıqları yerlərdə, şəhərin mərkəzi küçələrində ictimai asayişin gücləndirilmiş rejimdə qorunması təmin ediləcək. Artıq bu işə məsul konkret şəxslər müəyyən olunub. Eyni zamanda, qonaqların ictimai nəqliyyatdan da istifadə edəcəyi nəzərə alınaraq, metroda, marşrut avtobuslarında, dəmir yolu vağzalında, habelə müsabiqə iştirakçılarının qatarla hərəkət marşrutunda ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi, cinayətlərin (xüsusilə cibgirliklərin) qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilir.
Bayır xidmətinin müasir tələblərə uyğun təşkil olunması üçün xidmətə qadın polislər cəlb edilib, əməkdaşların ingilis dilli kurslardan keçməsi üçün müvafiq işlər görülüb. Əcnəbilərlə bağlı hadisə baş verən yerlərə göndərilməsi üçün xarici dilləri mükəmməl bilən əməkdaşlardan ibarət xüsusi mərkəz yaradılıb. Paytaxtın rayon polis idarələrinin və ərazi polis bölmələrinin növbətçi hissələrində xarici dil bilən əməkdaşlar sutkalıq xidmətə cəlb olunub. Saxlanılmış şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün müsabiqə keçirilən ərazinin rayon polis idarəsində tərkibində istintaq və təhqiqat xidmətlərinin əməkdaşları da olan və müsabiqə dövründə sutkalıq fəaliyyət göstərən xüsusi işçi qrup yaradılıb. Əcnəbilərin yerləşəcəyi mehmanxanalarda polis naryadlarının sayı artırılıb.
Bakıda yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət olunması istiqamətində nəzarət tədbirləri daha da gücləndirilib. Aidiyyəti dövlət qurumları ilə birgə şəhərdə qeydiyyatsız yaşayan əcnəbilərin müəyyən edilməsi və barələrində qanunauyğun tədbirlərin görülməsi prosesi davam edir.
Bakı şəhərində küçələrdən dilənçilərin yığışdırılması, qanunsuz ticarətin qarşısının alınması ilə bağlı tədbirlər də qanuna müvafiq olaraq davam etdirilir. Paytaxtda beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar avaralığa və dilənçiliyə qarşı mübarizə, belə halların qarşısının alınması, azyaşlı uşaqları dilənçiliyə təhrik edənlərin aşkarlanıb barələrində qanunauyğun tədbirlərin görülməsi daha da gücləndirilib.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turunda qalib gəlib
Berlində altı ayda silahla bağlı 585 hüquq pozuntusu qeydə alınıb
FT: Avropanın aparıcı lüks brendləri 251 milyard avro dəyər itirib
Pentaqon ABŞ-dakı hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır
Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət sazişi imzalaya biləcəyini bildirib
Kimi Antonelli Formula 1 üzrə ABŞ Qran-Prisinin qalibi olub
Nigeriyada silahlı hücum nəticəsində azı 40 nəfər öldürülüb
Mask “Starlink”dən hücum məqsədilə istifadə edilməsinə qarşı çıxıb
“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib
Yunanıstan Səudiyyə Ərəbistanında “Patriot” sisteminin yerləşdirilmə müddətini uzadacaq
Vuçiç Serbiyada parlament seçkilərində məğlub olduqlarını etiraf edib
Bakıda avtomobil piyadanı vurub
Almaniyada kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub
Böyük Britaniyada güclü fırtına 1500-dən çox aviareysin gecikməsinə səbəb olub
Salvini İtaliyanın Ukraynaya yardımı dayandırmasını tələb edəcək
ABŞ və Kanada ticarət razılaşması üzrə danışıqları intensivləşdirib
Bloomberg: Demokratlar Epşteyn işi üzrə yeni araşdırmaya hazırlaşırlar
Tramp ABŞ, Rusiya və Ukrayna arasında danışıqların tezliklə keçiriləcəyini gözləyir
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır