Bank Of Baku

«Eurovision 2012» Mahnı Müsabiqəsi çərçivəsində Azərbaycan sabah ilk məşqini keçirəcək

«Eurovision 2012» Mahnı Müsabiqəsi çərçivəsində Azərbaycan sabah ilk məşqini keçirəcək
# 18 may 2012 18:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. “Eurovision 2012” Mahnı Müsabiqəsinin 6-cı günü birinci yarımfinalda iştirak edəcək 5 təmsilçi və 2-ci yarımfinalın 8 iştirakçısı "Bakı Kristal Halı"da müsabiqə çərçivəsində 2-ci məşqlərini davam etdiriblər. «Eurovison-2012» səhnəsinə 2-ci məşqini keçirmək üçün ilk əvvəl Rusiyanı bu il müsabiqədə təmsil edən "Buranovskiye babuşki" çıxıb. Daha sonra “Compact Disco” (Macarıstan ), "Trackshittaz" (Avstriya), Paşa Parfeni (Moldova), "Jedward" (İrlandiya), Zeljko Yoksimoviç (Serbiya), Kaliopi (Makedoniya), Joan Franka (Niderland), Kurt Kalleya (Malta),"Litesound" (Belarus), Filipa Sousa (Portuqaliya), Qaytana (Ukrayna), Sofi Marinova (Bolqarıstan) da çıxış ediblər. Onu da qeyd edək ki, jurnalistlərin iştirakı ilə baş tutan məşqlərdə bütün təmsilçilər səhnə geyimlərində müsabiqə mahnılarını təqdim ediblər. Məşqlər başa çatdıqdan sonra isə bütün media mənsubları Mətbuat Mərkəzində yenidən təmsilçilərlə görüşüblər. Bu dəfə təmsilçilər daha səhnədə özlərini fərqli hiss etdiklərini dilə gətiriblər. Çünki, televiziya yayımı üçün aparılan məşqlər də əsas etibarı ilə 2-ci məşq planında həyata keçirilir. Nəzərinizə çatdıraq ki, sabah 2-ci yarımfinalın 5 iştirakçısı 2-ci məşqlərini keçirəcəklər. Böyük beşliyə daxil olan ölkələrdən Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya, Fransa ilə bir yerdə Azərbaycan da ilk məşqini keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR