Moskvada “MDB ərazisində humanitar əməkdaşlığın prioritetləri və mümkün ssenariləri” adlı tədbir keçirilib
31 may 2012 09:56 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında “MDB ərazisində humanitar əməkdaşlığın prioritetləri və mümkün ssenariləri” adlı tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MDB ölkələrinin Dövlətlərarası Beynəlxalq Humanitar Fondunun baş qərargahında keçirilən tədbirdə fondun humanitar əməkdaşlıq sahəsində apardığı analitik işlər və mədəniyyətlərarası dialoqun gələcək inkişafı müzakirə olunub. Muzakirələrdə MBD ölkələrinin Rusiyadakı səfirliklərinin, MDB İcraiyyə Komitəsinin və vilayət şuralarının, Rusiya Federasiyasının qanunverici və icra orqanlarının nümayəndələri, təhsil, elm və mədəniyyət sahələrinin mütəxəssisləri iştirak ediblər.
Tədbirdə çıxış edən fondun həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və fondun icraçı direktoru Armen Smbatyan MDB ölkələri ərazisində humanitar əməkdaşlığın inkişaf etdirilməsinin mühüm olduğunu söyləyiblər. Onlar görülmüş işi yüksək qiymətləndirərək, humanitar əməkdaşlığın inkişaf strategiyasının konsepsiyasını bu ilin noyabr ayında Aşqabadda keçiriləcək MDB ölkələri yaradıcı və elmi ziyalılarının forumunda təqdim edilməsi təklifini irəli sürüblər.

Mədəniyyət siyasəti
Muzeylərdə “Açıq qapı” günü elan olunur
18:24
17 may 2024
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
17:55
17 may 2024
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17:22
17 may 2024
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının iclası keçirilib
18:30
16 may 2024