Bank Of Baku

Ukraynada ənənəvi XXII “Sezonun musiqili premyeraları” Beynəlxalq Festivalı keçirilib

Ukraynada ənənəvi XXII “Sezonun musiqili premyeraları” Beynəlxalq Festivalı keçirilib
# 01 iyun 2012 12:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Kiyevdə ənənəvi XXII “Sezonun musiqili premyeraları” Beynəlxalq Festivalı keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ukraynalı musiqisevərlər budəfəki festival çərçivəsində “Qadın bəstəkarların kinoportretləri” adlı sənədli filmlərin nümayişi zamanı isveçrəli rejissor Reto Padruttun Azərbaycanın xalq artisti, UNESCO-nun “Sülhməramlı artist”i Firəngiz Əlizadə haqqında çəkilmiş “Bakının magiyası” sənədli filminə tamaşa edib və görkəmli Azərbaycan bəstəkarının həyatında önəmli rol oynamış Almaniya mərhələsi ilə tanış olublar.

Bu yaxınlarda Kiyevdə çıxan “Muzika” jurnalında musiqişünas Tamara Nevençannaya tərəfindən qələmə alınmış Bakı təəssüratları “Simfoniya paralellərdə” başlığı altında çap olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR