Naxçıvanda “Naxçıvan bəşəriyyətin beşiyi” adlı Beynəlxalq Rəsm Festivalı keçiriləcək

Naxçıvanda “Naxçıvan bəşəriyyətin beşiyi” adlı Beynəlxalq Rəsm Festivalı keçiriləcək
# 08 iyun 2012 11:31 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Naxçıvan Muxtar Respublikasında “Naxçıvan bəşəriyyətin beşiyi” adlı Beynəlxalq Rəsm Festivalı keçiriləcək. Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın APA-ya verdiyi məlumata görə, dünyanın bir sıra ölkələrindən rəssamların qatılacağı festival həm də müsabiqə xarakteri daşıyır. Azərbaycan rəssamları ilə yanaşı, Rusiya, Bolqarıstan, Monteneqro, Filippin və digər ölkələrin rəssamları sərbəst mövzuda açıq hava altında rəsmlər çəkəcəklər. Festival iyunun 18-dən 20-nə qədər davam edəcək, proqrama Naxçıvan gəzintisi də daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR