Milanda VI Beynəlxalq Türk Mədəniyyət, İncəsənət və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçiriləcək
09 iyun 2012 13:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Milanda VI Beynəlxalq Türk Mədəniyyət, İncəsənət və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçiriləcək. 17-21 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan simpozium İtaliyanın Politexnik Universiteti, Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Türkiyənin Konya Fikir, Mədəniyyət, Sənət Adamları Birliyi tərəfindən “Melas Tourism” və “Heritage Travel”in təşkilatçılığı ilə keçiriləcək. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən APA-ya verilən məlumata görə, simpoziumda türk tarixi, ədəbiyyatı, folkloru, incəsənətinə dair məruzələr (rəsm əsəri, heykəl və s. türk plastik sənətləri və ənənəvi türk incəsənəti ilə bağlı mövzular), türk elmi (türk ictimai elm və texnika sahəsindəki bütün mövzular), türk arxeologiyası (arxeoloji qazıntılar; mühafizə sistemləri; memarlıq abidələrinin qorunması üçün texnikalar; bərpa-ortaq fəaliyyət sahələrində birgə çalışan tədqiqatçı və texniklərin tədris fəaliyyətləri; yerləşmə tətbiqetməsinin monitorinq araşdırmaları) dinləniləcək. Türk incəsənətinə (plastik və ənənəvi) həsr edilmiş sərgi də Vision Konya tərəfindən təşkil olunacaq.
Mədəniyyət siyasəti
#TikTokdanÖyrən layihəsinin nəticələri yekunlaşıb, 20 min maarifləndirici video yaradılıb
16:15
22 may 2024
Mədəniyyət Nazirliyi Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb
16:12
22 may 2024
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub
13:27
22 may 2024
Adil Kərimli tacikistanlı həmkarı ilə görüşüb
18:12
21 may 2024