Moskvada Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” mahnı müsabiqəsinə həsr olunmuş xüsusi gecə keçiriləcək

Moskvada Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” mahnı müsabiqəsinə həsr olunmuş xüsusi gecə keçiriləcək
# 11 iyun 2012 09:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision” mahnı müsabiqəsinin ötənilki qalibləri ilə builki qalibi Rusiyanın paytaxtı Moskvada görüşəcəklər. Eldar Qasımov və Nigar Camal yarışmanın builki qalibi Lorinlə (Loreen) Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” müsabiqəsinə həsr olunmuş xüsusi gecədə iştirak edəcəklər. Gecədə qaliblərlə yanaşı, “Eurovision-2012”də Azərbaycanı təmsil etmiş Səbinə Babayeva və Rusiya təmsilçiləri “Buranovskiye babuşki” qrupu da çıxış edəcəklər.

Eldar Qasımovun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müğənni tədbirdə yeni “I’m Free” mahnısının akustik versiyasını təqdim edəcək. Mahnının bu versiyası Eldar Qasımov tərəfindən tədbir üçün prodüser və bəstəkar İsa Məlikov və “AzeriLife Music Entertainment”in əməkdaşı Fərid Məmmədovla birgə xüsusi olaraq hazırlanıb.

Tədbirin təşəbbüskarı Emin Ağalarov da gecədə iştirak edəcək.

Gecənin dəvətliləri arasında Rusiyanın tanınmış simaları Dima Bilan, Dominik Joker, Vlad Lisoveç, Filipp Kirkorov, Andrey Malaxov, Yana Rudkovskaya və başqaları da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR