Bank Of Baku

Azərbaycan ansamblı Budapeştdə keçirilən qala konsertdə iştirak edib

Azərbaycan ansamblı Budapeştdə keçirilən qala konsertdə iştirak edib
# 19 iyun 2012 18:09 (UTC +04:00)
Bakı-APA. 2012-ci ilin 11-17 iyun tarixlərində Macarıstanda keçirilən 17-ci Dunay Beynəlxalq Karnavalın son günündə yekun qala konsert təşkil edilib.
Azərbaycanın Macarıstandakı səfirliyində APA-ya verilən xəbərə görə, Budapeştin Margit adasında keçirilən konsertdə 10 ölkənin nümayəndələri, o cümlədən Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Mahnı və Rəqs Ansamblı iştirak edib.
Qala konsert zamanı keçirilən rəqs müsabiqəsində Azərbaycan nümayəndələri 3-cü yer tutaraq, bürünc medalla mükafatlandırılıb. Bununla yanaşı, konsert zamanı Azərbaycanın xalq və bəstəkar mahnıları, milli rəqsləri ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR