Bank Of Baku

Üzeyir Hacıbəylinin 127 illiyi ilə əlaqədar CD buraxılıb - FOTO

Üzeyir Hacıbəylinin 127 illiyi ilə əlaqədar CD buraxılıb - <font color=red>FOTO</font>
# 18 sentyabr 2012 12:10 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 127 illiyi ilə əlaqədar Azərbaycanın tanınmış vokalçısı, Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun Üzeyir Hacıbəylinin vokal əsərlərindən ibarət musiqi albomu işıq üzü görüb. Albomda Üzeyir bəyin “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Koroğlu” operasından ariya və duetlər, bəstəkarın romansları, həmçinin hərbi vətənpərvərlik mövzusunda yazdığı əsərlər öz əksini tapıb.

R. Qasımov APA-ya bildirib ki, məqsəd Azərbaycanın hüdudlarından kənarda professional musiqimizi təbliğ və təqdim etməkdir: “Üzeyir bəyin əsərlərindən ibarət böyük bir toplu çıxarmaq mənim çoxdankı arzum idi. Hər bir insan dövlətinə və cəmiyyətinə faydalı olmağa çalışmalıdır. Azərbaycan professional musiqisinin banisi dahi Üzeyir bəyin əsərlərinin ilk gənc iştirakçısı və ifaçısı kimi deyə bilərəm ki, böyük qürur hissi keçirirəm. 15 yaşımda mənə tarixdə “O olmasın, bu olsun”da Sərvər, “Arşın mal alan”da Əsgər, həmçinin 26 yaşında “Koroğlu”da Koroğlu obrazını ifa etmək nəsib olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR