Bank Of Baku

Musiqili Komediya Teatrının kollektivi məhkumlar qarşısında çıxış edib

Musiqili Komediya Teatrının kollektivi məhkumlar qarşısında çıxış edib
# 21 sentyabr 2012 10:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi tərəfindən məhkumlar üçün “Ağlamaq qadağandır” adlı tamaşa nümayiş etdirilib. APA-nın məlumatına görə, layihə Mədəniyyət və Turizm Nazirliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış 2012-ci il üçün tədbirlər planına əsasən, tərbiyə müəssisəsində və 7 saylı cəzaçəkmə müəssisəsində gerçəkləşib.

Nümayiş etdirilən tamaşada xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Xanım Qafarova və Çingiz Əhmədov, aktyorlar Novruz Əliyev, Elvin Əliyev, Möylə Mirzəliyev, Ülviyyə Əliyeva, Əliməmməd Novruzov, Məhərrəm Qurbanov və Nigar Qarayevanın, baletmeyster Zakir Ağayevin rəhbərliyi ilə balet truppasının çıxışları məhkumlar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi fəlsəfə doktoru Əliqismət Lalayev belə sosial layihələri gələcəkdə də davam etdirəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR