Gəncədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təməl qoyma mərasimi keçirilib
APA-nın məlumatına görə, Gəncədə yubiley tədbirləri Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Yubiley tədbiri dahi şairin məqbərəsi önündə davam etdirilib. Burada tədbir iştirakçılarını şərbətlə qarşılayan milli geyimli məktəblilər müxtəlif dillərdə dahi şairin əsərlərindən parçalar söyləyib, qonaqları qədim Azərbaycan rəqsləri ilə salamlayıblar. Sonra Nizami Gəncəvinin sözlərinə bəstələnmiş romanslar səsləndirilib. Minlərlə şəhər sakininin qatıldığı mərasimdə Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, təhsil naziri Misir Mərdanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri, 14 ölkədən dəvət olunmuş 150-dən artıq alim iştirak edib.
Baş nazirin müavini Elçin Əfəndiyev bu böyük bayram münasibətilə bütün gəncəliləri, eləcə də dahi Nizami yaradıcılığının işığına yığılan qonaqları təbrik edib. Elçin Əfəndiyev deyib ki, bu gün başlayan yubiley tədbirləri yalnız poeziya, mədəniyyət bayramı deyil: “Nizaminin yubileyi sözün əsl mənasında ümumxalq bayramıdır. Çünki 870 ildir ki, Nizaminin sənəti, onun özü Azərbaycan xalqı ilə birlikdədir. Nizami Gəncədə doğulub, Gəncədə yaşayıb və Gəncədə vəfat edib. Ancaq onun sənətinin, istedadının miqyası o qədər böyükdür ki, o, bütün bəşəriyyətin övladı oldu. Nizami nə qədər milli şairdirsə, o qədər də bəşəri şairdir. Nizami doğulduğu Gəncəni sənətkarlar diyarı adlandırır, özünü isə mahir sənətkar hesab edirdi. O, Gəncəni qədim Babillə müqayisə edirdi. Bu sözlər başqa bir dahi sənətkarın dilindən eşidilsəydi, bəlkə də bir qədər qeyri-təvazökar səslənərdi. Lakin Nizaminin dediyi bu sözlər son dərəcə təbii səslənir. Ona görə ki, Nizami istedadının böyük imkanları ilə Nizami sənətkarlığının iddiası tam şəkildə üst-üstə düşür”.
Mərasim başa çatdıqdan sonra qonaqlar və yubiley iştirakçıları dahi söz ustadının qəbrini ziyarət edərək məzarı üzərinə qızılgüllər qoyublar. Sonra məqbərə ətrafında Gəncə Dövlət Dram və Kukla teatrları aktyorlarının şairin "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "İsgəndərnamə" və "7 gözəl" əsərlərinin motivləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, Gəncə Dövlət Filarmoniyası və Dövlət Kamera Orkestrinin birləşmiş xorunun, eləcə də müğənnilərin ifasında Nizaminin sözlərinə bəstələnmiş romanslar səsləndirilib. Yubiley tədbirləri çərçivəsində Gəncənin mərkəzində Nizami Gəncəvi adına piyada keçidinin açılışı olub.
Azərbaycan Dövlət Aqrar Universitetində Nizami Gəncəvi irsinin təbliğində xidmətlərinə görə yubiley tədbirlərində iştirak etmək üçün gəlmiş bir qrup xarici elm xadiminə Azərbaycan Dövlət Aqrar və Gəncə Dövlət universitetlərinin fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Təhsil naziri Misir Mərdanov fəxri doktor adına layiq görülmüş qonaqları təbrik edib, bunu əlamətdar hadisə adlandırıb.
Daha sonra Xan bağında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təməl qoyma mərasimi keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar iştirak edib. Təməlqoyma mərasimindən sonra Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin poemalarının yeni tərcümə və tərtibatda nəşr olunmuş nüsxələrinin təqdimatı keçirilib.
Mədəniyyət siyasəti
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb
Əməkdar artist Bəhruz Vaqifoğlu Pantomim teatrının quruluşçu rejissoru təyin edilib
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Xəbər Lenti
İran: Hörmüz boğazında yeni koridorla bağlı saziş imzalanacaq
Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlərə başlayıb
"Amazon"un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb, 5 nəfər ölüb - YENİLƏNİB
Tramp Ayın ABŞ-ın mülkiyyəti olduğunu açıqlayıb
Syerra-Leonenin sabiq prezidenti sürgündən qayıdıb
Tramp əvvəl Putin, daha sonra isə Zelenski ilə telefonla danışacaq
Böyük Britaniya La-Manşda 140 qanunsuz miqrantın olduğu qayığı saxlayıb
Sabiq Pentaqon rəhbəri: ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər
Uitkoff: Rusiya ilə danışıqlar olmadan sülh şansı azdır
Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
Şimali Kiprdə batan gəmidə itkin düşən daha 1 nəfərin meyiti tapılıb
Nepalda sel fəlakətində ölənlərin sayı 1344-ə çatıb
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
London derbisində “Arsenal” “Çelsi”ni məğlub edib
İspaniya La Liqası: “Barselona” səfərdə “Valensiya”nı darmadağın edib
Şəkidə piyadanı avtomobil vurub öldürüb
Zelenski Rusiya ilə danışıqlar prosesinin bərpa olunduğunu bildirib
Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb
Kabardin-Balkariyada alpinistlər qar uçqununun altında qalıb
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4362 nəfərə çatıb
Husilər Səudiyyə Ərəbistanına məxsus PUA-nı vurduqlarını açıqlayıblar
Ucarda yük avtomobili yanıb
Zelenskinin Uitkoff və Kuşnerlə görüşü başa çatıb, “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq- VİDEO - YENİLƏNİB-1
Yağış yağacaq, leysan olacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib
Dehlidə yataqxana binası uçub, 3 nəfər ölüb, 50 nəfər dağıntılar altında qalıb - VİDEO
İsrail Livanın cənubuna aviazərbə endirib, ölənlər var - YENİLƏNİB-1
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Şahin Mustafayev iranlı nazirlə dəmir yolu tikintisini müzakirə edib
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
Lavrov: Almaniya yenə müharibə istəyir
Roma Papası Ukrayna münaqişəsinin nizamlanması üçün yeni cəhdlərin uğurlu olmasını arzulayıb
Tibetdə torpaq sürüşməsində ölənlərin sayı 43 nəfərə çatıb, 519 nəfər itkin düşüb
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub - FOTO - VİDEO
Çester divarlarından Çörçillin heykəlinə: Britaniyanın tarixi irsi hansı təhlükələrlə üzləşir? - ARAŞDIRMA
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
ABŞ-də milli irs vandalizmdən necə qorunur? - TƏHLİL
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
Almaniyanın Kil şəhərində aşkarlanan bombaya görə 5 mindən çox insan təxliyə ediləcək
Sabah yağış yağacaq, leysan olacaq
Türkiyədə tarixi abidələrin vandalizmə məruz qalması ciddi problemə çevrilib - FOTO
Astarada başına boru düşən Cəlilabad sakini ölüb
Prezident İlham Əliyev Esvatini Kralını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Misirdə keçmiş televiziya aparıcısı ölüm cəzasına məhkum edilib
BDYPİ gözlənilən hava şəraitində sürücülərə diqqətli olmağı tövsiyə edib
Yəməndə hökumət qüvvələri hücuma keçib, husilər strateji rayona nəzarəti itirib
Kreml Putin-Uitkoff-Kuşner danışıqlarının detallarını açıqlayıb
Dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA