Bank Of Baku

Nizami Gəncəvinin yubileyi ilə bağlı Heydər Əliyev sarayında tədbir keçirilib - FOTOSESSİYA

Nizami Gəncəvinin yubileyi ilə bağlı Heydər Əliyev sarayında tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 01 oktyabr 2012 19:41 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, tədbirdən öncə sarayın foyesində Nizaminin yaradıcılığını əks etdirən rəsm sərgisi təşkil olunub. Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nizami Gəncəvinin qüdrətli qələm sahibi olduğunu, çoxsaylı insanın onun yaradıcılığının işığına toplaşdığını qeyd edib. Nazir deyib ki, Azərbaycan tarixinin qızıl səhifələrinə adını yazan görkəmli şəxsiyyətin yaratdığı sənət nümunələri 800 ildir, dünyanın 5 qitəsini heyrətləndirir. Nizaminin Gəncədə keçirilən yubiley tədbirlərini xatırladan Ə. Qarayev bildirib ki, bu tədbirlər silsiləsi davam edəcək.

Baş nazirin müavini Elçin Əfəndiyev Nizamini həyat və yaradıcılığından söz açıb və bildirib ki, Nizami yaradıcılığı incəsənətin bir çox sahələrində öz əksini tapıb. Onun sözlərinə görə, Nizami yaradıcılığı bütün bəşəriyyətə məxsusdur: “Nizami Gəncəvinin yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatda deyil, xalçaçılıqda, heykəltəraşlıqda əksini tapıb”.

Tanınmış qazax yazıçısı Oljas Suleymenov deyib ki, hələ 30 il öncə Heydər Əliyevin dəvəti ilə Nizaminin 840 illik yubileyində iştirak etmək üçün Bakıda olub.

İskəndəriyyə kitabxanasının direktoru İsmail Seragəldin Nizaminin yubileyinin bütün dünyada qeyd olunduğunu diqqətə çatdırıb: “Doqquz əsrə yaxındır, Nizaminin yubileyi qeyd olunur, doqquz əsr sonra da qeyd olunacaq”.

Tədbirin sonunda nazir Əbülfəs Qarayev YUNESKO prezidentinin Nizaminin yubileyi ilə bağlı bəyanatını oxuyub.

Tədbir sonra bədii hissə ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR