Bank Of Baku

Belarusda Azərbaycan Mədəniyyət Günləri keçirilir

Belarusda Azərbaycan Mədəniyyət Günləri keçirilir
# 09 oktyabr 2012 08:15 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Belarusda Azərbaycan Mədəniyyət Günləri çərçivəsində “Azərbaycan ənənələr və müasirliyin qovuşmasında” mövzusunda fotosərgi açılıb. APA-nın “Belta”ya istinadən yaydığı məlumata görə, tədbirdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Belarus mədəniyyət nazirinin birinci müavini Vladimir Karaçevski iştirak edib. Sərgidə Fərid Xayrulin, Leyla Axundzadə, Tahir Məmmədov, Mirnaib Həsənoğlu kimi tanınmış fotoqrafların əsərləri nümayiş etdirilib. Əsərlərdə tarixi abidələr və müasir tikililər öz əksini tapıb.

Mədəniyyət Günləri çərçivəsində 8-10 oktyabr tarixlərində Minskdə Azərbaycan filmlərinin nümayişi nəzərdə tutulur. Belarus Opera və Balet teatrında isə “Yeddi gözəl” baleti nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR