Bank Of Baku

İranda Azərbaycan, Azərbaycanda İran mədəniyyət günləri keçiriləcək

İranda Azərbaycan, Azərbaycanda İran mədəniyyət günləri keçiriləcək
# 16 oktyabr 2012 09:45 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirak etmək üçün ölkəmizə səfərə gələn İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə mədəniyyət və mədəni irs sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Seyid Məhəmməd Hüseyni İran dövlətinin Azərbaycan ilə mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin intensivləşdirilməsində maraqlı olduğunu, Azərbaycan xalqı ilə İran xalqı arasında tarixi-mədəni yaxınlığın iki dövlət arasında münasibətlərin dərinləşməsində olduqca mühüm rol oynadığını qeyd edib. Söhbət əsnasında hər iki ölkədə keçirilmiş qarşılıqlı mədəniyyət günlərinin əhəmiyyəti vurğulanıb, mədəni irs sahəsində birgə layihələrin həyata keçirilməsi barədə təkliflər irəli sürülüb. Belə ki, 2013-cü ildə İranda Azərbaycan Mədəniyyət Günlərinin, Azərbaycanda İran Mədəniyyət Günlərinin, həmçinin ölkəmizdə İran Mədəniyyət Həftəsinin keçirilməsi barədə razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR