Bank Of Baku

Qız Qalasının konservasiyası 2013-cü ilin sentyabrında başa çatacaq

Qız Qalasının konservasiyası 2013-cü ilin sentyabrında başa çatacaq
# 19 oktyabr 2012 10:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Qız Qalasının konservasiyasının gedişatında hər hansı problem yaşanmır. Qalanın konservasiyası 2013-cü ilin sentyabrında başa çatacaq”. APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2013-cü il ərzində Qız qalasının təkcə abidə kimi qorunmasında deyil, muzey kimi fəaliyyətində də yeniliklər tətbiq olunacaq: “Şirvanşahlar sarayının təcrübəsini müasir dünya muzeylərinin təcrübəsinə yaxınlaşdırmaq üçün də müvafiq tədbirlər həyata keçirilir. Hazırda həm Qız Qalası, həm də Şirvanşahlar sarayı üçün konsepsiya işlənilir. Yeni konsepsiyaların tətbiqinə gələn ildən başlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR