Bank Of Baku

“Qala” Dövlət tarix-etnoqrafiya qoruğunda sənətkarlıq şəhərciyi yaradılacaq

“Qala” Dövlət tarix-etnoqrafiya qoruğunda sənətkarlıq şəhərciyi yaradılacaq
# 19 oktyabr 2012 10:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Qala” Dövlət tarix-etnoqrafiya qoruğunda yeni turizm mövsümündə yeniliklər tətbiq ediləcək.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qoruqda sənətkarlıq şəhərciyi yaradılacaq: “Ərazidə yeni arxeoloji qazıntılar aparılıb və onların nəticələri də yaxın vaxtlarda təqdim olunacaq. Qalada mövcud olan turizm infrastrukturunun genişlənməsi həyata keçiriləcək. Bununla yanaşı, Qalada Qız qalasında olduğu kimi kommunal infrastrukturun yenilənməsinə dair işlərə də başlanılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR