Bank Of Baku

Bakıda Beynəlxalq Kulinariya Günü qeyd olunub - FOTOSESSİYA

Bakıda Beynəlxalq Kulinariya Günü qeyd olunub -<font color=red> FOTOSESSİYA</font>
# 20 oktyabr 2012 10:35 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Beynəlxalq Kulinariya Günü münasibətilə Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə MDB məkanında məşhur kulinar olan azərbaycanlı Stalik Xankişiyev də iştirak edib.

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirib ki, Beynəlxalq Kulinariya Günü dünyada IX dəfədir keçirilir. O, mərkəzin fəaliyyətinə dair hesabatla çıxış edib: “Biz istərdik ki, dövlətimiz tərəfindən təyin olunmuş öz milli kulinariya günümüzü də qeyd edək. Bu günə qədər regional mətbəxin öyrənilməsi üçün tərəfimizdən Şamaxı, Quba, İsmayıllı, Qəbələ və digər şəhərlərə ekspedisiyalar təşkil olunub. Bu müddət ərzində tərəfimizdən üç kitab dərc edilib və təqdimatları keçirilib. Hazırda mərkəzimizin saytı işlənilir və bu yaxınlarda təqdim olunacaq. Bu 1 il ərzində Azərbaycan milli kulinariya komandası 5 beynəlxalq tədbirdə iştirak edib və bu çempionatlardan Azərbaycana 12 qızıl, 7 gümüş medal, 2 kubok və onlarla diplom mükafatları gətirib. Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşları Azərbaycanda keçirilən “İpək yolunun dadı” adlı konfransda iştirak ediblər. Builki bayram daha bir hadisə ilə əlamətdardır. Azərbaycan Milli Kulinariya Assosiasiyasının Dünya Kulinariya Təşkilatına üzv olmasının 20 illik yubileyidir. Bu 20 ildə mətbəx modernləşdirildi, yeni yeməklər restoranlara gətirildi. Əgər 20 il öncə kulinarlar aşağı peşə sahibləri hesab olundularsa, indi aşpazlara yüksək qiymət verilir və onlar ən yüksək maaşları alırlar”.

T. Əmiraslanov deyib ki, Mədəniyyət və Turizm Nazirliyi hazırda milli mədəni irs siyahısını hazırlayır. Bu siyahının yarısından çoxunu məhz kulinariya sahəsi təşkil edir. İlk dəfə olaraq yeni hazırlanan “Mədəniyyət haqqında” qanunda da mətbəxə yer verilib.

Tədbirdə Stalik Xankişiyevin Azərbaycan milli mətbəxinə həsr olunmuş kitablarının təqdimatı da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR